
“Google”da Türkiyənin məşhur “Bayraktar TB2” pilotsuz uçan aparatı barədə məlumatları ən çox Ermənistanda olan istifadəçilər axtarır.
Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağdakı qələbəsində töhfəsi olmuş “Bayraktar TB2” PUA-sına maraq dünya üzrə hər gün daha da artır.
Məlumata əsasən, “Google”un Yunanıstan, Azərbaycan və Türkiyədə olan istifadəçiləri də “Bayraktar TB2” ilə bağlı çoxsaylı axtarışlar ediblər.
Gununsesi.info