“İddialara görə Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun rusiyalı tarixçi və siyasi ekspert Oleq Kuznetsovdan xoşu gəlmir, onu səfirliyə buraxmır. Mən iddia etmirəm ki, Oleq Kuznetsov əjdaha ekseprtdir (belə baxanda heç biz də “əjdaha” deyilik). Ancaq onu bilirəm ki, Oleq Kuznetsov Moskvada Azərbaycanın mövqeyini canı-qəlbdən dəstəkləyən və buna görə erməni lobbisini təzyiqləri ilə üz-üzə qalan barmaqla sayılacaq rus ekspertlərdən biridir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, məhz onun sayəsində Xocalı soyqırımının tanınması məqsədilə petisiya hazırlanaraq Dövlət Dumasına göndərilib və indi imzatoplama kampaniyası ilə məşğuldur.
“Görəsən, Polad Bülbüloğlu Azərbaycanın haqlı mövqeini dəstəkləyən daha güclü rus politoloq tapıb ki, Oleq Kuznetsovdan zəhləsi gedir?
Polad Bülbüloğlu Oleq Kuznetsova alternativ tapıbsa, biz niyə onu tanımırıq? Olanları vururuq, sonra da deyirik ki, erməni disaporu niyə bizimkindən güclüdür”-deyə, politoloq sözlərinə əlavə edib.
Gununsesi.info