
Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Gununsesi.info xəbər verir ki, müvafiq sərəncamla Həsənov Şamxal Məhərrəm oğlu icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, bundan öncə, Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Gununsesi.info