Goranboy rayon icra başçısına yeni müavin təyin edilib

  • By admin
  • 16 Fevral 2023 14:44

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Gununsesi.info xəbər verir ki, müvafiq sərəncamla Həsənov Şamxal Məhərrəm oğlu icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bundan öncə, Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Gununsesi.info