Goranboy sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

  • By admin
  • 04 Yanvar 2018 21:33


Goranboy sakini bıçaq xəsarəti alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Nizami kənd sakini 1980-ci il təvəllüdlü Əsgərov Aftandil Hədi oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. A. Əsgərov yıxılaraq qarnına bıçaq batdığını deyib.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info