Goranboy sakini dəm qazından zəhərlənib

  • By admin
  • 30 Yanvar 2018 20:01


Goranboyda dəm qazından zəhərlənmə olub.

APA-nın  verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib.

Kənd sakini olan gənc qadın yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Gununsesi.info