Goranboyda 38 yaşlı kişi bıçaqlanıb

  • By admin
  • 04 Yanvar 2018 20:26

Goranboy sakini bıçaq xəsarəti alıb. 

Gununsesi.info xəbər verir ki, rayonun Nizami kənd sakini 1980-ci il təvəllüdlü Əsgərov Aftandil Hədi oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. A. Əsgərov yıxılaraq qarnına bıçaq batdığını deyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info