
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.
Hərəkətdə olan “Lifan” markalı maşın yoldan çıxaraq ağaca, daha sonra qaz borusuna çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info