Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

  • By admin
  • 26 İyul 2017 22:49

avtoqeza
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Xanqərvənd avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2104” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info