Goranboyda avtomobil gənci vuraraq öldürüb

  • By admin
  • 15 Avqust 2021 15:25

Goranboyda gəncin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Ağcakənd yolunda qeydə alınıb.

Avtomobil 2005-ci il təvəllüdlü Quliyev Peman Elşad oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info