
Goranboyda piyadanı avtomobil vurub.
Gununsesi.info məlumat verir ki, hadisə Goranboy şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, “KİA” markalı avtomobil yolu keçmək istəyən rayonun Xan Qərvənd kənd sakini 1984-cü il təvəllüdlü Elşad Quliyevi vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info