Goranboyda avtomobillər toqquşdu - 3 YARALI

  • By admin
  • 06 Oktyabr 2017 21:30

qeza_0369

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Kələk kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2101” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Əmrahova Başxanım, onun bacısı 1992-ci il təvəllüdlü Əmrahova Gülnar və Gülnarın bir yaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Böyüklərin vəziyyəti normal, uşağın vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info