Goranboyda dəhşət: ARVADINI KÜÇƏNİN ORTASINDA DÖYÜB, ŞÜŞƏ İLƏ DOĞRADI

  • By admin
  • 10 Avqust 2017 16:38
598c4fed0f359_vvc
Goranboyda ər arvadına ağır xəsarət yetirib.
Gununsesi.info report-a isatinadən xəbər verir ki,  hadisə rayonun Xınalı kəndində baş verib.
Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Samirə Vəraşil qızı Nabiyevanı küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.
Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.
Qeyd edək ki, ailənin 3 övladı var.
Gununsesi.info