
Goranboyda quldurluq hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, 3 nəfər şəxs mənzil sahibinə ağır bədən xəsarətləri yetirməklə evdən xeyli miqdarda qızıl-zinət əşyaları və nağd pul aparıblar.
Belə ki, Bakı sakinləri olan şəxslərin Goranboyda həmin ünvanı necə tanıması isə sual doğurur. Noyabr ayının 3-ü səhər saatlarında 3 nəfər şəxs Goranboy rayonunun Azad kəndinə gələrək orada Rəhman Qərhəmanova məxsus mənzildən oğurluq etmək istəyiblər. Mənzildə heç kimin olmadığını düşünən çağrılmamış qonaqların qarşısına anidən ev sahibi Rəhman Qəhrəmanov özü çıxıb. Bu zaman dəstə üzvləri öz çirkin əməlllərini başa çatdırmaq üçün Qəhrəmanova ağır bədən xəsarətləri yetiriblər. Rəşid Məmmədov zərərçəkənin qardaşı deyir ki? “Gəlib, qardaşımı döyüb, toka veriblər. Sonra da pul istəyiblər. Evi axtarıblar. Pulun bir hissəsini və qızılları götürb gediblər. Qardaşımı isə huşsuz vəziyyətdə evdə qoyublar”. Qəmər Qəhrəmanova zərərçəkənin bacısı “Girdim-çıxdım, gördüm küçədə dayanıblar. İstədim soruşam, ay bala siz kimi axtarırsız. Nə biləydim ki, qardaşımı öldürməyə gəliblər”. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları evə baxış keçiriblər. İlkin araşdırmalar zamanı evdən 1600 manat nağd pul və 3300 manat dəyərində qızıl-zinət əşyaları aparıldığı məlum olub. Cinayət hadisəni törədənlər isti izlərlə saxlanılıblar. Elçin Əzizov Goranboy Rayon Polis Şöbəsinin bölmə rəisi bildirir ki? “Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xeyrişli Vüqar İlqar oğlu, Abbasov Rauf Bəxtiyar oğlu və Bağırov Sadiq İlqar oğlu tərəfimizdən saxlanılıb və onların barəsində məhkəmin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”. İlkin istintaq zamanı müəyyən edilib ki, Bakıda bir araya gələn qrup üzvlərinə Rəhman Qəhrəmanovun evində 10 min manat pul olması barədə məlumatı zərərçəkənin Emin adlı yaxın qohumu verib. Çağırımamış qonaqlar mənzil sahibinin evdə olmasına görə hələ bir təəssüf hissi də keçirirlər. Saxlanılan Sadiq Bağırov deyir ki “Belə boş evə girmişdik. Evdə adam çıxandan sonra quldurluq qərarına gəldik. Evdən 1300 manat pul və 1600 manatlıq qızıl çıxdı. Getdik Bakıya, hərəmizə 350 mant pöul düşdü”.
İstintaq zamanı o da müəyyən edilib ki, dəstənin üzvü olan Rauf Abbasov buna qədər Bakı şəhərində oğurluq hadisəsi törədib. Bir obyektdən 13 kompyuter dəsti ələ keçirən 22 yaşlı gənc həmin cinayəti tək törətdiyini deyir ki, “13 dəst kompyuter oğurlamışam. Onların hamısını Sabunçu rayonunda “Rus bazarı” var, orada 3 bir, 4 bir satırdım ki, tutmasınlar. Deyirdim özümüzünküdür, evimizdə qalıb”. Zərərçəkən Rəhman Qəhrəmanov hazırda paytaxt xəstəxanalarının birində həkim nəzarəti altındadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.Goranboy polisi isə dəstə üzvlərinin digər cinayətdə iştirak edib-etmədiyi araşdırır.
Faktla baglı istintaq tədbirləri davam etdirilir
Gununsesi.info