Goranboyda ev yandı

  • By admin
  • 09 Noyabr 2016 22:23

yangin

 

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Nizami kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info