Goranboyda iki “VAZ” toqquşdu, ölən var

  • By admin
  • 11 İyun 2018 19:42


Goranboyda iki avtomobil toqquşub.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.

Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21011” markalı iki avtomobil toqquşub.

Qəza zamanı avtomobillərə ziyan dəyib. “VAZ 21011”-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info