
Goranboy rayonunda məktəbli qız itkin düşüb.
Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, 9-cu sinif şagirdi 15 yaşlı Z. Böyükkişiyevanın itkin düşməsi barədə yerli hüquq mühafizə orqanı əmıkdaşları məlumatlandırılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Məktəbli qızın evlənmək məqsədi ilə qaçırıldığı iddia olunur.