Goranboyda mikroavtobus aşdı: yaralılar var

  • By admin
  • 24 İyul 2022 09:19

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, hadisə Qaramusalı kəndində qeydə alınıb.

Fəhlələri daşıyan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info