
Goranboy rayonunda yaşayış evində partlayış olub.
Gununsesi.org–un xəbərinə görə, mənzilə dolan qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Əhmədov Ümid Məftun oğlu və iki azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ü.Əhmədovun vəziyyəti kafi, digər yaralıların isə durumu normal qiymətləndirilir.