Goranboyda piyadanı maşın vurub öldürdü

  • By admin
  • 17 May 2021 22:40

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 316-cı km-də, rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən Daşkəsən rayon sakini, 1974-cü il təvəllüdlü Elsəvər Allahverdiyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info