Goranboyda qəbirstanlıqda silah-sursat tapılıb - FOTOLAR

  • By admin
  • 11 Oktyabr 2016 13:41

silah

Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsindəki keçmiş “erməni qəbirstanlığı” adlanan ərazidə silah-sursat akşar edilib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, silah və sursatı ərazidə xidmət aparan Xocalı rayon Polis şöbəsinin əməkdaşları tapıb. Qəbirlərdən birinin yaxınlığındakı çuxuru qazan zaman oradan 2 ədəd avtomat, 2 tüfəng, 1 ədəd “Naqan” markalı tapança 1 ədəd qumbara, 1000 dən çox müxtəlif çaplı avtomat patronu və digər sursat götürülüb. Rayon Polis Şöbəsindən onu da bildirdilər ki, silahlar ekspertizadan keçirildikdən sonra DİN-nin Təchizat İdarəsinə təhvil veriləcək.

silah4 silah3 silah2 silah1

Gununsesi.info