Goranboyda qəza: 14 yaşlı qız vuruldu

Goranboyda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun məlumatına görə, 2008-ci il təvəllüdlü Rəhmanova Mədinə Samir qızını yolu keçərkən vurub.

HTML tutorial

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüyünün sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info