Goranboyda rəzalət -XOCALI SOYQIRIMI GÜNÜ KƏLBƏCƏRLİLƏRİ İŞIQSIZ QOYDULAR

  • By admin
  • 28 Fevral 2017 11:12

 

ferma

PREZİDENTİN KÖÇKÜNLƏRLƏ BAĞLI FƏRMANI BU RAYONDA NİYƏ İCRA OLUNMUR?

 

 Goranboy rayon Elektrik Şəbəkəsi rayonun Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinin elektrik enerjisini kəsib. Bu barədə Gununsesi.info-ya həmin köçkünlər məlumat verib. Kəlbəcər köçkünləri redaksiyamıza yolladıqları müraciətdə Goranboy Elektrik Şəbəkəsinin rəhbərliyinin Azərbaycan Prezidentinin fərmanına sayğısızlıq göstərməkdə ittiham edib.

Köçkünlər yazır:

Biz 20 ildir ki, Goranboy rayonunun Xoylu kəndində yaşayırıq. Hazırda 5 təsərrüfat olmaqla 20 nəfər burada məskunlaşmışıq. Qaz xəttinin yaxınlığımızdan keçməsinə baxmayaraq, 20 ildir ki, bizə qaz çəkilməyib. Ölkə başçısı 14 fevral 2017-ci ildə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə yeni fərman imzaladı. Bu fərmana görə, qaz təminatı olmadığından bizim elektrik enerjisi köhnə qaydalar ilə təmin olunmalıdır. Xəstə, az yazşlı uşaqlara baxmayaraq, Goranboy rayon Elektrik Şəbəkəsinin rəhbərliyi gəlib, işığımızı kəsib. Özü də bunu  Xocalı faciəsinin ildönümündə etdilər. Azərbaycan hökuməti bizi vətəndaş yerinə qoymursa, açıq söyləsinlər. İllərdir ki, fermada acınacaqlı durumda yaşayırıq. Burada doğulan övladlarımız isti mənzili, normal həyatı tərzini ancaq xəyallarında görür. Vətəndaşa qarşı amansızlıq, heç bir dəyərə sığmır. Zəhmət çəkib, qazla təmin etsinlər, sonra yenə də borcumuz yaranarsa işığımızı kəssinlər. Amma qaz yoxdursa, biz təkcə elektirin ümidinə qalmalıyıq. Başqa çarəmiz də yoxdur”.

tttt

 

Köçkünlər onu da bildirib ki, məsələ ilə bağlı nümayəndələri Taryel İbrahimiov Bakıda Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində olub. Ancaq komitədən problemi araşdıracaqlarını desəllər də faktiki elektirik enerjisinin bərpası təmin olunmayıb.

KİV vasitəsilə ölkə rəhbərinə müraciət edən kəlbəcərlilər  ondan kömək istəyirlər:

“Cənab Prezident! Sizə KİV vasitıəsilə  üz tuturuuq. Bizə kömək edin. Beton divarlar arasında işıqsız qalmışıq”. 

Mövzuya qayıdacağıq.

Gununsesi.info