Goranboyda restoran yanıb, müştərilər təxliyə olunub

  • By admin
  • 20 İyul 2016 18:35

yangn

 

Goranboy rayonunun Dəliməmmədli kəndində restoran yanıb. Gununsesi.info “report.az”a istinadən xəbər verir ki, yanğın zamanı restoranda olan müştərilər və işçilər təxliyə olunublar.

Hadisə yerinə Goranboy rayon Yanğından Mühafizə Xidmətinin iki, Gəncə şəhər Yanğından Mühafizə Xidmətinin isə bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısını almaq mümkün olmayıb. Hazırda yanğın davam edir.

Yanğının səbəbləri araşdırılır.

 

Gununsesi.info