Goranboyda sərnişin mikroavtobusu qəzaya düşdü: yaralılar var – FOTO

Goranboyda sərnişin mikroavtobusu qəzaya düşdü: yaralılar var – FOTO

qeza_mikroavtobus_437559

Goranboy rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun 340-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Aqil Qəzməliyev idarə etdiyi “Ford” markalı mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və dəmir arakəsmələrə çırpılıb. Hadisə zamanı sürücü və mikroavtobusda olan iki nəfər sərnişin xəsarət alıb.
Qeyd edək ki, sərnişin mikroavtobusuna çiyələk və gilas yüklənərək Bakıya satış məqsədi üçün gətirilirmiş. Hadisəyə səbəb mikroavtobusun arxa təkərinin partlaması olub.

COMMENTS