Goranboyda sinif yoldaşına xəsarət yetirən məktəblinin kimliyi məlum oldu

  • By Mina
  • 03 Aprel 2024 16:57

Sinif yoldaşına xəsarət yetirən şəxsin kimliyi məlum olub.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şagirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin U.Tağıyev (sinif yoldaşı) olması müəyyən edilib.

Hazırda araşdırmalar davam etdirilir.

Gununsesi.info