Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib.
Gununsesi.info-nun məlumatına görə, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub.
Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info