Goranboyda xəsarət alanlardan 2-sinin vəziyyəti ağırdır - NAZİRLİK AÇIQLAMA VERDİ

  • By admin
  • 27 Oktyabr 2017 20:53

Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Gununsesi.info xəbər verir ki,bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin verdiyi məlumata görə, qəzada 25 nəfər xəsarət alıb.

Onlardan ikisi Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qalan 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Qeyd edək ki, Goranboy rayonunda fəhlələri daşıyan avtobus qəza nəticəsində körpüdən aşaraq çaya düşüb. Hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Gununsesi.info