
Goranboy rayonunda fərdi yaşayış evindən oğurluq olub.
Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə rayonun Xoylu kəndində, Sənan Allahverdiyevə məxsus evdə qeydə alınıb.
Belə ki, ailə üzvləri yaxın qohumlarının yas mərasimində olarkən qonşular Allahverdiyevlərin yaşadığı evin pəncərəsini açıq görüb və ev sahibini məlumatlandırıblar. Onlar yas mərasimindən qayıdarkən evin qarət olunduğunu görüblər.
Zərərçəkənin qardaşı Hüseyn Allahverdiyev Gununsesi.info-ya bildirib ki, oğrular evə çöl pəncərəsindən girib, sandıqda olan qızıl-zinət əşyalarını və müəyyən miqdarda pulu götürüblər.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info