
Goranboyda yeniyetmə qız dəm qazından ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonunun Qızılhacılı qəsəbəsində baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü A.Babayeva (şərti ad) yaşadığı evdə dəm qazından zəhərlənib.
O, ağır halda xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info