Goranboyda yol qəzası baş verib, 13 nəfər xəstəxanaya yerləşdirilib –YENİLƏNİB-2

Goranboyda yol qəzası baş verib, 13 nəfər xəstəxanaya yerləşdirilib –

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Goranboyda baş verən yol qəzası nəticəsində xəsarət alanlardan 6 nəfərin kimliyi məlum olub.

Əliyev Ramin Nazim oğlu, 1986
Quliyeva Şəbnəm Sabit qızı, 1999
Məmmədova Nüşabə İsrayıl, 1988
Quliyev Hüseyn Sadiq oğlu, 2002
Süleymanov Orxan Sərvan oğlu, 1997
Bayramova Sadəgül Həsən qızı, 1991

***** 19.58

Goranboyda baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır. Qəzanın səbəbləri araşdırılır.

**** 19.51
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Bəşirabbas kəndi ərazisində “Oka” və “Zaporojets” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan 6 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir. Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS