Goranboyda yol qəzası- YARALANANLAR VAR

Goranboyda yol qəzası

qeza_0235

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Gununsesi.info APA-ya istinadən xəbər  verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info

COMMENTS