Goranboyda zəncirvari qəza - VİDEO

  • By admin
  • 19 May 2023 19:59

Bu gün Goranboy rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Şəfibəyli-Zeyvə yolunda qeydə alınıb.

Belə ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək, VAZ-2106 markalı avtomobilini arxadan vurub. Daha sonra isə “Nissan Tida” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı “Niva” aşıb və sərnişini xəsarət alıb. Xəstəxanaya aparılan şəxsin qolunun sındığı məlum olub.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info