Goranboyun icra başçısı eyş-işarətlə məşğuldur- PREZİDENTLİYƏ NAMİZƏD NİZAMƏDDİN QULİYEVİ AĞIR CİNAYƏTDƏ İTTİHAM EDİR

Goranboyun icra başçısı eyş-işarətlə məşğuldur

Prezidentliyə namizəd Hafiz Hacıyev İctimai Televiziyada son çıxışında bu dəfə Goranboy Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi hədəfə alıb.

Gununsesi.az bildirir ki, icra başçısını korrupsiya və rüşvət cinayətlərində ittiham edən prezidentliyə namizəd onun Göygöl rayonunun Mixayılovka kəndində kef məclisləri qurduğunu deyib: “Yığdığı milyonlarla hər axşam Mixayılovkada eyş-işarətlə məşğuldur. Mən bu cür adamlardan ölkəni təmizləyəcəm. Bu gün Azərbaycanda ermənilərlə qohum olan məmurlar var. Onların kökünü kəsəcəm”. 

Gununsesi.az

COMMENTS