“Görməmişlərin və nankorların “ulduz”luğu tutur…” - Aybəniz Haşımova tələbəsinin uğurundan yazdı

  • By admin
  • 24 Oktyabr 2016 11:27

ayka-zulfu

“Zülfü yarışmanı yanımda seyr edirdi və  kənardan onu diqqətlə izləyirdim…Bir onu anladım ki,  insan INSAN doğulmalıdır, vəssalam. Insan əsl insan kimi doğulursa, onu heç nə dəyişə bilməz”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımova öz tələbəsi Zülfü Əsədzadəyə həsr etdiyi “Facebook” statusunda yazıb:

“Yalan sözdür: Ay ulduzluğu tutub və  yaxud da…Mən dahilər gördüm: onların heç birinin ulduzluğu tutmadı – heç zaman. Görməmişlər, bir də nankorlar elə olur…

Sən daha çox yüksələcəksən… Çünki sənin qəlbin təmizdir. Sən heç vaxt qrupda heç kəsə paxıllıq etmədin, kiminsə haqqında zəif düşünmədin,  gözəl səsli Bülbülüm!”

O, yazıb ki, çünki güclülərin fikri də özləri kimi güclü olur, zəif yox.

“Kimsə sənə paxıllıq edərsə, onu Allah heç vaxt ucaltmaz. Çünki Allah hər kəsə qəlbinə görə verir.

Sən özün yer üzünə  Allahın ən böyük mükafatısan, dəyərli oğlum! Allah səni qorusun, bütün arzularına çatasan. Amin!”-deyə, Əməkdar artist daha sonra yazıb.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info