Görməni gücləndirən vasitə -KARTOF

  • By admin
  • 19 Sentyabr 2016 16:50

kartof

Kartof ən çox istifadə etdiyimiz tərəvəzlərdən biridir. Lakin çətin ki, hamının bu tərəvəzin şirəsinin müalicəvi xüsusiyyətlərindən xəbəri var.

Gununsesi.info Qərb mətbuatına istinadən xəbər verir ki,  kartof şirəsi çox faydalı maddələrlə zəngindir. Onun tərkibində A,C, B, PP, E kimi vitaminlər, dəmir, kalsium, kalium, fosfor, mis, aminturşuları və nişasta var. Kartof şirəsi orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, radionukleidlər və s.) təmizləyir və bir çox xəstəliklər və pozulmalar zamanı çox yaxşı müalicəvi təsir edir. Lakin kartofun ən faydalı növü qırmızı kartof sayılır. Kartofda olan xeyirli maddələri saxlamaq üçün tərəvəzi az miqdarda suda bişirin. Birincisi, o, görmə problemlərini aradan qaldırmağa kömək edir, çünki zəngin A vitamini ilə ən kəskin görmə əngəlini aradan qaldıra bilər.  Ümumdünya səhiyyə təşkilatı bildirir ki, həmin vitaminin çatışmamazlığı müxtəlif infeksiyalara yoluxma riskini artırır.

İstifadə qaydaları

Kartof suyunun faydalarından səmərəli istifadə etməyiniz üçün təklif edilən istifadə miqdarı və forması bu şəkildədir. İki həftə arası, səhərlər və axşamlar ac qarına yeməklərdən yarım saat əvvəl təxminən 150 qram kartof suyu için. Bu iki həftənin sonunda yenə iki həftə ara verilərək, daha sonrakı iki həftə eyni şəkildə kartof suyunu içməyiniz məsləhət görülür.

Gülnaz Qənbərli

Gununsesi.info