81 Saylı İmişi Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçiciləri ilə görüşləri davam edir.
Gununsesi.info-nun xəbərinə görə, deputatlığa namizəd seçicilərlə görüş zamanı qəribə müraciətlərin şahidi olduğunu da deyib:
“Seçicilər arasında ev tikilməsini, ev təmirini, istəyənlər də var. Mən onları qınamıram, çarəsizdirlər. Seçici ilə bu yöndə dialoq sizin üçün də maraqlıdır”.
Seçicilərdən biri görüşdə deputatlığa namizədə evini videoya çəkməsini xahiş edib.
Buna cavab olaraq isə Nurullayev: “Mən jurnalist deyiləm, bunun üçün jurnalistlərə müraciət edin” deyə bildirib.
Afət Abbasova
Gununsesi.info