Görünməmiş məhkəmə rəzaləti - HAKİM VƏFAT EDƏN ŞƏXSİN ÖLKƏDƏN ÇIXIŞINA “STOP” QOYUB

  • By admin
  • 30 Mart 2022 17:51

Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun 28.02.2022-ci tarixli qətnaməsi ilə 28 avqust 2021-ci il tarixdə vəfat etmiş şəxsin ölkədən çıxışına vergi orqanının ərizəsi əsasında qadağa qoyulub.

Bu barədə Gununsesi.info-ya tanınmış vəkil Elçin Sadıqov bildirib.

Onun sözləronə görə, vergi məbləği də həmin şəxsə  ölümündən sonra hesablanıb: “Məhkəmə araşdırmayıb ki, adam sağdır ya yox. Yəqin düşünüblər ki, adam sənədlərdə vəfat edib, bəlkə reqllıqda yaşayır”.