GÖRÜNMƏMİŞ OLAY: BMT qüvvələri mülki vətəndaşlara silahlı hücum etdi

  • By admin
  • 09 Fevral 2023 15:57

Konqoda BMT qüvvələri mülki vətəndaşlara atəş açıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Demokratik Konqo Cümhuriyyətində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının silahlı qüvvələri Şimali Kivu bölgəsində mülki vətəndaşlara atəş açması zamanı 8 nəfər həyatını itirib.

Konqo Demokratik Cümhuriyyəti Birlşəmiş Mİllətlər Sabitlik Missiyası (MONUSCO) qüvvələrinə aid avtomobil karvanı xidməti fəaliyyətindən geri dönərkən yolda hücuma uğrayıb. Köçkünlərin yaşadığı ərazidə yaşanan silahlı qarşıdurma zamanı 28 nəfərin yaralanıb.

Şimali Kivu əyalətinin İcra başçısı Konstant Ndima 8 nəfərin ölməsini təsdiq edib.

Xatırladaq ki, Konqoda 20 ildən artıqdır ki, xidmət göstərən BMT-nin bu ölkədə 16 min şəxsi heyəti var.

BMT-nin Konqodakı əməliyyatları hər il təşkilata 1 milyon dollardan artıq pula başa gəlir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info