“Görüntülənməsindən rahatsız olduğu üçün üzünü çevirdi və …” - MERT FIRAT "ÇAPKINLIQ" XƏBƏRLƏRİNƏ AYDINLIQ GƏTİRİLDİ

  • By admin
  • 26 May 2017 21:59
mert
Türkiyənin tanınmış gənc aktyorlarından olan Mert Fırat haqqında çıxan “çapkınlıq” xəbərlərinə ilk dəfə aydınlıq gətirib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, gənc aktyor bugünlərdə öz avtomobilində gənc bir xanımla görüntülənməsinin medaiada  “çapkınlıq” kimi dəyərləndirilməsini düzgün saymayıb.
“Mən istirahət məkanlarından birindən çıxıb evimə gedirdim. Uzun müddətdən bəri tanıdığım bir xanım da orada idi və elə oldu ki, yolumuz bir oldu. Onunla yenicə avtomobilimə əyləşib gedirdik ki, birdən fotoqrafçılar qabağımıza çıxdılar və başladılar bizi çəkməyə. Həmin xanım da bundan rahatsız olduğu üçün üzünü çevirdi və həmin foto da o zaman çəkildi…Yəni, indi burada başqa bir məna axtarılmasının səbəbini başa düşə bilmirəm…Burada axı nə var ki?!”-deyə, o, sözlərinə əlavə edib.
KAMİL
Gununsesi.info