“Görünür yenə vəzifə sahiblərindən kimsə yerində deyil…” - ETİBAR BABAYEVDƏN İTTİHAM

  • By admin
  • 28 Fevral 2017 10:42

mikayil

Böyük və nakam şairimiz Mikayıl Müşfiqin Bakıdakı heykəlinin aqibəti haqlı olaraq ictimaiyyətdə təşviş doğurub. Yolu “İnşaatçılar” prospektindən düşən insanlar bir neçə gün əvvəl heykəlin yerləşdiyi ərazidə üzlük daşların mərmərlə əvəz olunmasının şahidi idilər. Görənlər elə zənn etdilər ki, abadlıq işləri aparılır.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış telejurnalist, “Space” kanalının keçmiş rəhbəri Etibar Babayev öz “Facebook” statusunda yazıb.

Gununsesi.info statusu olduğu kimi, təqdim edir:

Etibar Babayev

 

“Bunun ardınca ərazinin hasarlanması və abidənin qeyb olması təbii ki,bir çaşqınlıq doğuracaqdı. Bu arada Mədəniyyət və Türizm nazirliyi rəsmisinin “bu işlərdən bizim xəbərimiz yoxdur” deməsi, “ Azəravtoyol” ASC” nümayəndəsinin fərqli izahı, zənnimcə heç də məsələyə su çiləmədi. Əksinə əlavə suallar doğurdu. Keçmişdə “Sovetski” adı ilə məşhur olan böyük ərazidə çox ciddi və gərəkli, həm də irimiqyaslı abadlıq işlərinin aparılmasını mən şəxsən alqışlayıram. Yollların genişlənməsi, hərəkətin tənzimlənməsi üçün görülən əlavə tədbirlər də təqdirəlayıqdır.

Təbii ki, yenidənqurma işləri özbaşına aparılmır. Avtomobil yollarının genişlənməsi, yeraltı kommunikasiya xətlərlərinin yeniləşməsi planlış əkildə həyata keçirilir. Əslində qısa müddətdə paytaxtın mərkəzində yeni infrastruktur yaranır. Bir neçə ay sonra biz hamımız bunun şahidi olacağıq.

Əgər bu layihə çərçivəsində Mikayıl Müşfiqin abidəsinin yerdəyişməsi nəzərdə tutulmuşdusa, bunu sadəcə iş icraçıları səviyyə¬sində həll etmək doğru deyildi. Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm nazirliyi, “Azəravtoyol” ASC və digər əlaqədar təşkilatlar öz aralarında məsələni razılaşdırandan sonra KİV vasitəsi ilə ictimaiyyəti qabaqcadan məlumatlandırmalıydı.

Şəhər sakinləri Müşfiqin heykəlinin söküldüyüni deyil, müvəqqəti olaraq başqa yerdə saxlandığını və bir müddət sonra yeni salınacq bağda əvvəlki əzəməiylə ucaldılacağını qabaqcadan bilməli idi. Onda bütün bu söz-söhbət də olmazdı. Görünür yenə vəzifə sahiblərindən kimsə yerində deyil. Şair Qabil demişkən, “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”.

Allah Müşfiqə də, Qabilə də rəhmət eləsin. Bizə də səbr versin…”

Gununsesi.info