“Soçidə bir sıra məsələlərdə razılıq əldə edilməyib. Putin pərtliyini gizlətməyə çalışsa da, hiss olunurdu ki, görüşün nəticələri onun planlaşdırdığı kimi alınmayıb”.
Bunu Gununsesi.info-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Soçidə Əliyev, Paşinyan və Putinin görüşünü şərh edərkən deyib.
İlham İsmayıl görüşün foto-video və açıqlamalarını belə şərh edib:
“Paşinyan da qayğılı idi. Əslində, Azərbaycan prezidenti çıxışına “Qarabağ münaqişəsi tarixə çevrilib və iki il əvvəl həll olunub” sözləri ilə başlamaqla həm Putini, həm Paşinyanı fakt qarşısında qoydu”.
Günay
GUNUNSESİ.İNFO