Göstərir radio: “Müəllim ailəsində böyümək yüksək nailiyyətdir“ – VİDEO

  • By admin
  • 04 Aprel 2021 12:12

Bugünkü qonağım aristokrat, mülayim və bir o qədərdə sadə adamdır. Millət vəkili Cavanşir Feyziyev.

Aparıcı: Cavanşir müəllim istəyərdim sizi yaxından tanıyım. Tamaşaçılarımda, məndə. Şəkidənsiz. Şəkinin çox şirin bir şivəsi var. Əslində ora gedən Şəkili olmayan insanlarda istəyirlər ki biraz şivə ilə danışsınlar. Şirin şivədir. Sizinlə danışıqda heç hiss olunmur ki, yəni Şəkidənsiz. Ümumiyyətlə ora gedəndə istər istəməz yaranırmı bu şivə sizdə? Yoxsa ümumiyyətlə artıq şivə qalmayıb?

HTML tutorial

Qonaq: Yox Şəki şivəsi elə bir reallıqdır ki, bu heç vaxt insanı tərk etmir. Mən Şəkiyə qayıdanda, 2 gün məsələn Şəkidə qalsam özümdən asılı olmayaraq Şəki ləhcəsində danışmağa başlayıram. Bakıya qayıdandan sonra adətən dostlar. yoldaşlar deyirlər ki, deyəsən Şəkidə olmusan bu yaxında. Amma mənim Şəki ləhcəsində danışmamağımın səbəbi biraz başqadır. Mən müəllim ailəsində böyümüşəm, xüsusilə anam Azərbaycan dili və ədəbiyyatı müəlliməsi idi. O biz danışanda həmişə düzəlişlər edirdi sözlərimizə. Və deyirdi ki. siz Şəkidən kənara çıxdız sizə güləcəklər. Ona görə ədəbi dildə danışmaq ən doğru yoldur. Uşaq yaşlarımızan həmişə bunu eşitmişik. Evdə həmişə bir nəzarətçi var idi başımızın üstündə. Ümumiyyətlə anamın ədəbiyyatçı olması bizim həm danışığımıza, həm xasiyyətimizə, vərdişlərimizə çox təsir edib.

Aparıcı: Üstəlik rus, ingilis və fransız dillərini bilirsiz. Bu da ananızın istəyilə olub, yoxsa öz istəyinizlə?

Qonaq: Yox, mən orta məktəbi oxuyub başa çatırdım, ancaq bilmirdim ki hansı ixtisas üzrə ali təhsil seçməliyəm. Bütün fənləri eyni səviyyədə öyrənirdim. Ona görə doğrusu çox çətin idi seçim etmək. Amma əlbəttə humanitar elmlərə marağım daha çox idi. Əslində orta məktəbin son siniflərində mən xarici dil seçimimi dəyişdim. Çünki məktəbi dəyişdim. Şəki rayonunun Böyük Dəhnə kəndində 6-cı sinfə qədər oxudum. Həmin məktəbdə ingilis dili öyrənirdim. Sonradan mən məktəbi dəyişdim getdim Turan qəsəbəsinə, riyaziyyat təmayüllü bir məktəbə. Orada ingilis dili yox idi. Ona görə məni xarici dili dərslərindən azad etdilər. 9-cü sinifə qədər mən xarici dil öyrənmədim. Və həmin sinifdə təsadüfən ağlıma gəldi ki, mən niyə öyrənmədim, keçirdim bu qədər vaxtı. Mən elə gərək fransız dilini öyrənərdim və həmin məktəbdə yalnız fransız dili tədris olunurdu. Və mən fransız dili müəlliminə dedim ki mən bu dili öyrənmək istəyirəm. O mənə dedi ki, çox gecdi, 3 il xarici dil dərslərində iştirak etməmisən. Amma mən dedimki yox, çalışaram 5-ci sinif dərsliyindən başlayaram və çatdıraram. Dedi əgər hesab edirsizsə çatdırarsız başlayaq. Başladım 5-ci sinif fransız dili dərsliyindən. Bir rüb ərzində 5, 6, 7, 8, 9-cu sinifləri keçdim. Demək olar ki, hər gün fransız dili ilə məşğul olurdum.  Və gəldim çatdım 10-cu sinifin dərsliyində hamı ilə bərabər davam etməyə.

Aparıcı: Cavanşir müəllim danışığınızdan anladım ki, qarşınıza məqsəd qoyubda o məqsədə də çatmağa həvəsli insansınız.

Qonaq: Bəli bu həyat prinsipidir.

Aparıcı: Biznesin dili hansıdır? Biznesdə nə kömək olub, hansı dil daha çox kömək olub? 

Davamı müsahibədə:

 

 

Gununsesi.info