Göyərçinləri şahinlərə yem edən ərəblər cərimələndi

  • By admin
  • 21 Mart 2021 17:04

Göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlər cərimələnib

Bu barədə  Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

HTML tutorial

Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun  Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.

Təlimdə ev quşları olan göyərçinlərlə  rəhmsiz rəftar olunması aşkar edildiyindən  həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

Gununsesi.info