Göyərtəsində Azərbaycan vətəndaşları olan daha bir gəmi qəzaya uğradı

  • By admin
  • 01 Fevral 2018 10:43

Moldovaya məxsus yük gəmisi Qara dənizdə, Krım yaxınlığında zədələnib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən məlumatına görə, gəminin ekipaj üzvləri təxliyyə edilib.

“Berq” yük gəmisinin korpusu zədələnib. Göyərtədə 12 nəfər olub”, –  agentliyin sözçüsü deyib.

O əlavə edib ki, gəmi Moldova bayrağı altında üzüb. Ekipaj heyətinə Ukrayna və Azərbaycan vətəndaşları daxildir. Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info