Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.
Kənd sakini, 1994 -cü il təvəllüdlü Yusifzadə Ulvi Yaşar oğlu naməlum şəraitdə bıçaqlanıb.
Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info