Göyçayda 59 yaşlı qadın özünü odun içinə ataraq yandırıb

  • By admin
  • 21 Sentyabr 2016 16:25

2b50539023119fb154a3a1d4aa1e22ba

Göyçay rayonunda intihara cəhd olub.

Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib.

Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info