Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
Rayon sakini, 1987-ci il təvəllüdlü Səfər Lətifov idarə etdiyi 10-SA-034 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1971-ci təvəllüdlü Mirzəliyev Mehman Maarif oğlunu vurub.
Müxtəlif bədən xəsarətləri alan Mehman Mirzəliyev Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info