Göyçayda ağır qəza - 3 nəfər xəsarət alıb (FOTOLAR)

  • By admin
  • 20 Sentyabr 2016 14:16

qeza3

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Göyçayın Bəydövül kəndi ərazisində qeydə alınıb.  “QAZEL” markalı yük avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Zərbənin təsirindən avtomobil hissələrə ayrılıb və yararsız hala düşüb. Hadisə zamanı avtomobilin sürücüsü Kürdəmir sakini 46 yaşlı Vəfadar Əhmədov və sərnişinlər Bəydövül kənd sakinləri 30 yaşlı Adil Babayev və 28 yaşlı Sənan Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimlərin səyi nəticəsində yaralıların həyatını xilas etmək mümkün olub. Hadisə şahidlərinin sözlərinə görə avtomobil hərəkətdə olan zaman sərnişinlərdən biri maşının sükanını tutaraq özünə tərəf çəkib və nəticədə qəza baş verib.

Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırmalar aparılır.

Qəzanın dəqiq başvermə səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

qeza2

qeza1

Gununsesi.info