Göyçayda ağır yol qəzası baş verib

  • By ilhame
  • 28 Mart 2024 23:02

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

 

Gununsesi.info xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində “VAZ-2106” markalı avtomobil divara çırpılıb.

 

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

 

Fakt araşdırılır.

Gununsesi.info